Rusiyanın “Ximki” klubu Azərbaycanda təlim-məşq toplanışı keçəcək.
Oxu.Az xəbər verir ki, komanda Bakıya bombardiri İlya Kuzmiçevin “Tom”a, kapitan Nikolay Tyuninin “Spartak”a satılmasından sonra əldə olunmuş pullar hesabına gələcək.
Rusiya mətbuatının yazdığına görə, fevralda Bakıda beynəlxalq turnir olacaq və Rusiyanın I divizion komandası olan “Ximki” də həmin yarışda iştirak edəcək.
Qeyd edək ki, “Ximki”nin fevralda gəlişi baş tutsa, bu, hansısa Rusiya klubunun Bakıda toplanış keçdiyi ilk belə hal olacaq. Çünki adətən, Rusiya klubları qış fasiləsində Türkiyədə hazırlıq keçməyi üstün tutur.
S.T.
www.oxu.az