Rusiyanın SKA klubunda çıxış edən İslam İmamov Azərbaycan millisində çıxış edə bilər.
Sportal.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 23 yaşlı qapıçı ilə danışıqlara start verib.
Qolkiper özü də Azərbaycan milli komandasında çıxış etməyə isti yanaşır. Danışıqlar uğurla yekunlaşsa, İmamov gələcəkdə yığmamızın formasını geyinə bilər.
İslam İmamov Rusiyanın Sankt-Peterburq şəhərində doğulub. Onun anası azərbaycanlı, atası isə rusiyalıdır.
Qeyd edək ki, İslam İmamov SKA-ya 2022-ci ilin yayında "Kuban Holdinq"dən keçib. Qapıçının Xabarovsk təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. O, cari mövsümdə Rusiya 1-ci Divizionunda 13 matçda iştirak edib. "Transfermarkt" saytında futbolçunun dəyəri 400 min avrodur.
Rəylər