Bu gün “Bakı-2015”-in Təşkilat Komitəsi federal “Rossiya” telekanalı ilə, Rusiya ərazisində Avropa Oyunlarının ödənişsiz və kabel kanallarında yayımına dair müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu razılaşma 53 milyon rusiyalı ailəyə iyun ayının 12-dən 28-nə qədər Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını izləmə imkanı verəcək.
Rusiyalı televiziya tamaşaçıları gün ərzində 10 saat oyunlara tamaşa edə bilərlər. Avropa Oyunları “Rossiya 2”, “Sport 1”, “Sport” və “Boytsovski klub” kanallarında yayımlanacaq. Eləcə də əsas idman internet-resursları Vesti.ru və Sportbox.ru-da onlayn-yayım aparılacaq.
“Bakı-2015”in baş əməliyyatçı direktoru cənab Saymon Kleqq deyib:
“Mən bizim üçün əsas bazar olan və Birinci Avropa Oyunlarını yayımlayacaq “Rossiya” telekanalı ilə müqavilə imzalamağımıza çox şadam. Olimpiya Komitəsi Bakıya Oyunlara 300 ən yaxşı idmançını göndərir və televiziya razılaşması sayəsində biz Rusiyada idman sevərlərin onların təcrübəsini və sevincini bölə biləcəklərindən əmin ola bilərik”.
Aleksandr Taşin, ÜRTRŞ idman direksiyasının rəhbəri:
“Birinci Avropa Oyunları - yarışların formatı və 12 idman növü üzrə olimpiya lisenziyaları uğrunda mübarizə nəzərə alınsa idman dünyasında irimiqyaslı tədbirdir. Bizim üçün turnirdə əsas məqsəd daha böyük heyətə malik, milli yığmanın uğurlarını nümayiş etdirməkdir. Məhz bu səbəbdən televiziya tamaşaçılarına, ÜRTRŞ-nin “Rəqəmsal televiziya” paketinə daxil olan 4 idman telekanalında maksimal həcmdə bütün tədbirlərin yayımını təklif etməyə hazırıq”.
F.H.
www.oxu.az