Cümə axşamı Tverdə Rusiya yüksək xokkey liqasının yarımfinal play-off seriyasının üçüncü matçında TXK (Tver) və “İjstal” (İjevsk) komandaları arasında görüşdə komandaların baş məşqçilərinin iştirakı ilə kütləvi dava olub.
Oxu.Az xəbər verir ki, hadisə 2:0 hesabı ilə ev sahiblərinin xeyrinə olan oyunun ikinci hissəsində baş verib. Əvvəlcə ehtiyat skamyasında “İjstal”ın məşqçisi Andrey Razin və TXK-nin baş məşqçisi Aleksey Jdaxin mübahisə ediblər, onlara oyunçular da qoşulub.
Nəticədə TXK overtime-da 2:3 hesabı ilə məğlub olub. Dörd qələbəyə qədər hesab 3:0 hesabı ilə İjevsk komandasının xeyrinə olub.
Oyun zamanı baş verən davanın video-yazısını sizə təqdim edirik:
F.H.
www.oxu.az