Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov Azərbaycan boksçularına hədiyyə paylayacaq.
Oxu.Az-ın xəbərinə görə, rusiyalı mütəxəssis boksçularımızı lazımi boks avadanlıqları ilə təmin edəcək.
Qeyd edək ki, Umar Kremlyovun bu gün Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovla da görüşəcəyi gözlənilir.
Səbuhi Musayev
Foto: Kərim Abbasov