UFC-də çıxış edən rusiyalı qadın döyüşçü Aleksandra Albu “Instagram”da paylaşdığı fotolardan danışıb.
Oxu.Az xəbər verir ki, 29 yaşlı idmançı paylaşdığı şəkilləri açıq-saçıq saymadığını bildirib:
“Öz fotolarımı açıq-saçıq hesab etmirəm. Məsələn, çimərlik geyimindəki foto, mənə elə gəlir ki, tamam açıq-saçıq sayılmır. Hamı çimərlikdə belə paltar geyinir.
Ümumiyyətlə, mən belə öz formamı göstərirəm. Məşqçiyəm. Tələbələrim görür ki, məşqçiləri yaxşı görünür, idmanla məşğul olur. Onlar məndən örnək götürür.
Döyüşçüyə niyə belə fotolar paylaşır deyə sual vermirəm. Xoşum gəlir, qoyuram”.
View this post on InstagramQeyd edək ki, Aleksandra Albu oktyabrın 26-da Sinqapurda tailandlı Konklak Sufisaraya uduzub. O, sonuncu belə fotosunu məhz Sinqapurda olarkən döyüşdən əvvəl paylaşıb.
Səbuhi Musayev
"Sinqapur" teqi üzrə xəbərlər
- Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?
- Sinqapurda ictimai nəqliyyatda yeni qadağalar: Cərimələr 4 min dollara çatır
- Dünyanın ən yüksək maaş alan siyasətçisinin adı açıqlanıb
- Sinqapurda demoqrafik böhran: Yeni doğulan uşağa görə böyük məbləğdə vəsait ödəniləcək
- Ən böyük dövlət borcu hansı ölkədədir? - Yeni reytinq açıqlandı - FOTO
Digər xəbərlər