Basketbol üzrə Avropa Liqasının Rusiyanın Mərkəzi Ordu İdman Klubu (MOİK) və yunan “Olimpiakosu” arasında keçirilən yarımfinal matçında (68:70) hakimlərdən biri – ukraynalı Boris Rıjik şübhəli hakimliy ilə yadda qalıb.
Oxu.Az xəbər verir ki, o, bütün şübhəli vəziyyətlərdə yunanların xeyrinə qərar çıxarırmış. Rusiyanın “NTV+” idman kanallarında işləyən məşhur şərhçi Vladimir Qomelski isə buna dözməyib.
“Mən indi Ukrayna və Rusiya münasibətlərindən danışmaq istəməzdim, amma hələ ki, Rıjik bizim xeyrimizə bir dəfə də fit çalmayıb”, - deyə, Qomelski epizodlardan birini belə qiymətləndirib.
Şərhçinin səbr kasası isə ukraynalı referinin blokşot yerinə yetirən Saşa Kauna qarşı fol qərarı çıxarmasından sonra daşıb:
“Ax, idbar! Ax, idbar! Belə blokşotu korladı. Hakim deyil, göbələkdir”, - deyə, Vladimir Qomelski bildirib.
Həmin anın görüntülərini təqdim edirik.
Bu gün Avropa liqasının finalında “Olimpiakos” Madrid “Real”ı ilə qarşılaşacaq. 3-cü yer uğrunda isə MOİK “Fenerbahçe” ilə mübarizə aparacaq.
F.H.
www.oxu.az