Rusiyalı üzgüçülər Artem Lobuzovun qanında qadağan olunmuş maddələrin aşkarlanması səbəbindən diskvalifikasiya edildiyinə görə, 2016-cı il dünya çempionatının qızıl medallarından məhrum olacaqlar.
Bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasından (FINA) məlumat verilib.
Bildirlib ki, qızıl medallar ABŞ komandasına veriləcək.
Qeyd edək ki, Lobuzov digər üç idmançı ilə birgə 4x200 metr məsafəyə sərbəst üsulla estafetdə qalib gəlib. Bu il martın sonunda FINA-nın antidopinq komissiyası onu 4 il müddətinə diskvalifikasiya edib.
“Lobuzovla birgə bütün komanda üzvləri diskvalifikasiya edilib. Onlardan medallarını geri qaytarmaq tələb olunub. FINA mükafatları yenidən bölüşdürəcək”, - federasiyanın açıqlamasında qeyd edilib.
Mənbə: “RİA Novosti”