Rusiyanı Bakıda keçiriləcək Avropa Oyunlarında təmsil edəcək ölkənin boks üzrə yığmasının idmançıları Anastasiya Belyakova, Yaroslava Yakuşina və Sayana Saqatayeva bəyan ediblər ki, oyunlarda rəqabət çox yüksək olacaq, buna baxmayaraq onlar qələbəyə və çempion adına kökləniblər.
Oxu.Az xəbər verir ki, onların sözlərinə görə, oyunlara hazırlıq yaxın vaxtlarda başlayacaq, belə ki, son həftələr 1-7 mart tarixində keçirilən Rusiya çempionatından sonra istirahətə həsr edilib.
“Tezliklə hazırlıqlar başlayır, düşünürəm ki, birinci mərhələ Kislovodskda olacaq. Orada ağır təlimlər olacaq, bu təlimlərdən sonra daha ikisi olmalıdır”, - Yaroslava Yakuşinanın sözlərini “Vestnik Kavkaza” sitat gətirib.
Yavaş-yavaş hazırlaşırıq, özümüzü formaya salırıq. Qələbəyə köklənirik”, - Anastasiya Belyakova əlavə edib.
İdmançılar vurğulayıblar ki, Bakıya medallar üçün gəlirlər və rinqdə kiməsə məğlub ediləcəkləri barədə fikir ağıllarından belə keçmir. “Mənə elə gəlir ki, bizi əsas rəqib hesab etməlidirlər”, - Yaroslava Yakuşina hesab edir.
Yığmanın iştirakçıları etiraf ediblər ki, Azərbaycana ilk dəfə gəlirlər və məşqçilər icazə versələr yarışlardan asudə vaxtda Bakıda dincəlməyə hazırdırlar.
“Mən Xəzər dənizində çimmək və Azərbaycan paytaxtının köhnə küçələrində gəzmək istərdim. Mən eşitmişəm ki, orada “Brilliant əl” filmi çəkilib, ona görə də köhnə şəhərin küçələrini görmək istərdim, eləcə də yeni Bakını da görmək istərdim. Yeni müasir binalar, məncə onlar yaxından daha gözəldirlər”, - Sayana Saqatayeva.
Onlar həm də Avropa Oyunlarında digər Rusiya idmançılarına azarkeşlik etmək istəyirlər.
“Bizə yəqin ki, kişi boksu daha yaxındır. Onları dəstəkləməyə gedəcəyik”, - Yaroslava Yakuşina bəyan edib. Sayana Saqatayeva öz növbəsində sərbəst güləş üzrə yarışlara getməyə hazırlaşır.
Rusiya idmançıları Azərbaycan yığmasının səviyyəsini pozitiv qiymətləndiriblər.
“İndi hamı güclüdür. Azərbaycanın yaxşı komandası var, amma hər kəsin zəif yeri var. Hər bir idmançı ildən-ilə artır. Və indi təqdim ediləcək çəkilər olimpiya çəkiləridir, ona görə də orada zəif qızların olacağı ehtimalı azdır”, - deyərək, hər ikisi ABŞ, İrlandiya, İngiltərə və Fransa kimi ölkələrdən də güclü tərkibli komandalar gözlədiklərini əlavə ediblər.
“Bu oyunlara getməzdən əvvəl ciddi seçim turundan keçmək lazımdır, belə ki, hər çəki kateqoriyasında səkkiz adamdır. Pis tərkibli heyət bu oyunlara gedə bilməz, rəqabət də yetərincə yüksək olacaq”, - Sayana Saqatayeva izah edib.
F.H.
www.oxu.az