Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rüşvət əvəzinə dünya çempionatına bilet - Meksikada məmur qalmaqalı
Meksikanın iki yüksək rütbəli məmuru cərimələrin azaldılması müqabilində futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatına bilet tələb etdikdən sonra vəzifələrindən uzaqlaşdırılıblar.
Oxu.Az "El Universal"a istinadən xəbər verir ki, Milli Şəffaflıq, Məlumata Giriş və Şəxsi Məlumatların Mühafizəsi İnstitutunun (INAI) əməkdaşları Conatan Mendoza Uzert və Migel Novoa Qomesin fəaliyyətləri Meksika Futbol Federasiyasının (FMF) dünya çempionatının açılışı üçün biletləri hədə-qorxu ilə tələb etmələrinə dair şikayət araşdırılana qədər dondurulub.
Dövlət qurumlarında şəffaflığı təmin etmək üçün 2002-ci ildə yaradılmış INAI-nin bu il Meksika hökumətinin qərarı ilə ləğv ediləcəyi bildirilir.
Qeyd edək ki, 2026-cı ildə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
"Futbol üzrə dünya çempionatı 2026" teqi üzrə xəbərlər
- Ukrayna millisinin aparıcı oyunçusu futboldan uzaqlaşdırıldı
- DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi müəyyənləşib
- DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
- Fernandu Santuş Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək
- Qətər millisinin yeni baş məşqçisi bəlli olub