“Sabah” FK baş məşqçi Ramin Quliyevlə yeni müqavilə bağlayıb.
Oxu.Az xəbər verir ki, yeni müqavilənin müddəti iki ildir.
Qeyd edək ki, Ramin Quliyev 2019-cu ildən “Sabah” FK-da işləyir. O əvvəl klubda idman direktoru və əsas komandada köməkçi məşqçi vəzifələrində çalışıb. Gənc mütəxəssis bu ilin mart ayından əsas komandada baş məşqçi səlahiyyətlərini yerinə yetirir.