"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki debüt oyununda start heyətində 11 fərqli ölkənin futbolçusuna şans verib.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionunun İngiltərədə "Mançester Yunayted"ə qarşı meydana çıxdığı ilk 11-likdə hər futbolçu fərqli ölkəni təmsil edib.
"Sabah"ın start heyətində Qazaxıstanı Stas Pokatilov, Əlcəzairi Akim Zedadka, Azərbaycanı Rəhman Daşdəmirov, Cənubi Afrikanı Aden Makkarti, Polşanı Timoş Puxaç, Özbəkistanı Umarali Raxmonəliyev, Xorvatiyanı İvan Lepiniça, Serbiyanı Velko Şimiç, Yamaykanı Kaim Parrisi, Nigeriyanı Kristian Nvaçukvu, Ruandanı isə Coy-Lens Mikels təmsil ediblər.
Beləliklə, "Sabah" Çempionlar Liqası tarixində turnirdəki ilk oyununda start heyətində 11 fərqli ölkədən futbolçuya yer verən ilk komanda olub.