Suraxanı rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 46 yaşlı Elbrus Əhmədov saxlanılıb.
Araşdırmalar zamanı müəyyən olunub ki, E.Əhmədov Zığ qəsəbəsində yerləşən marketlərdən birindən pul vəsaiti, tütün məmulatları, lotereya biletləri, eləcə də bir nəfərə məxsus evin zirzəmisindən 8 min manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.