"Sabah" futbol klubunun Avstriya toplanışındakı rəqibləri bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan "Sabah" hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.
Komandanın ilk rəqibi Rumıniyanın "Universitatya Krayova" klubu olacaq. Matç iyunun 24-də keçiriləcək.
"Sabah" iyunun 28-də Macarıstanın "Ferentsvaroş", iyulun 2-də isə Ukraynanın "Polissya" komandaları ilə qarşılaşacaq.
Qaynar xətt:
(055) 224 12 12