"İqlim barədə çox danışırıq. Mən düşünürəm ki, bu, şişirdilmiş faktordur".
Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Sabah" - "Orhus" oyunundan əvvəl keçirilən mətbuat konfransında Abşeron təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas deyib.
O bildirib ki, hava şəraitinin təsir edəcəyi tək amil güclü küləyin olmasıdır:
"Biz hər oyun daha çox qol vurmaq istəyirik. Biz qol fürsətləri yaradırıq, lakin bəzən top tora daxil olmur. Ümid edirəm ki, sabah keçiriləcək oyunda bu qol epizodları qolla tamamlanacaq", - deyə baş məşqçi qeyd edib.
Xatırladaq ki, komandalar arasında Danimarkada keçirilən ilk qarşılaşma "Orhus"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək matç sabah saat 20:00-da start götürəcək.