Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Çempionlar Liqasındakı yeganə təmsilçimiz "Sabah"ın rəqibi müəyyənləşib.
"Bayquşlar" pley-off mərhələsinə vəsiqə qazanacaqları təqdirdə "Hapoel" (Beer-Şeva, İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, "Sabah" klubu pley-off mərhələsinə vəsiqə qazanmaq üçün Danimarkanın "Orhus" komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 5-də səfərdə, cavab qarşılaşması isə avqustun 11-də Bakıda keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.