"Sabah" klubunun Rusiyanın "Rubin" komandasından Umarali Raxmonaliyevin transferi üçün ödədiyi məbləğ məlum olub.
Oxu.Az realnoevremya.ru-ya istinadla xəbər verir ki, "Rubin" klubu futbolçunun satışından 400 min avro qazanıb.
22 yaşlı yarımmüdafiəçi "Sabah"la 2028-ci ilin dekabr ayının sonuna qədər müqavilə imzalayıb
Qeyd edək ki, Raxmonaliyev Kazan komandasına 2023-cü ilin yanvar ayında Özbəkistanın "Bunyodkor" klubundan azad agent kimi qoşulub. O bu müddət ərzində 23 oyuna çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.