"Sabah" klubunun qapıçısı Stas Pokatilov üçün milli həyəcanı başlayır.
Oxu.Az Qazaxıstan Futbol Federasiyasına istinadən xəbər verir ki, qolkiper ölkəsinin yığmasına dəvət alıb.
Məlumata görə, Pokatilov yığma komandanın UEFA Millətlər Liqası çərçivəsində baş tutacaq növbəti qarşılaşmaları üçün nəzərdə tutulan geniş heyətinə cəlb olunub.
Xatırladaq ki, Qazaxıstan seçməsi qarşıdakı günlərdə üç sınağa çıxacaq. Komanda sentyabrın 26-da Farer adaları, sentyabrın 29-da Slovakiya, oktyabrın 2-də isə Moldova yığması ilə üz-üzə gələcək.
Qaynar xətt:
(055) 224 12 12