UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda "Sabah"ı qəbul edəcək "Mançester Yunayted"in daha bir aparıcı futbolçusu zədələnib.
Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, sol cinah müdafiəçisi Lük Şou zədə səbəbindən "Sabah"la qarşılaşmada iştirak etməyə bilər.
Futbolçunun zədəsi tam ciddi olmasa da, baş məşqçi Maykl Karrik həftəsonu "Mançester Siti" ilə keçiriləcək derbini nəzərə alaraq, Şounu "Sabah"la oyunda riskə atmaq istəmir.
Xatırladaq ki, daha əvvəl Mançester təmsilçisinin hücumçusu Markus Reşfordun da zədədən əziyyət çəkdiyi bildirilmişdi.
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" qarşılaşması bu gün "Old Trafford" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
