"Mançester Yunayted"in hücumçusu Markus Reşfordun UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Sabah"a qarşı oynayacağı dəqiq deyil.
Oxu.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna 28 yaşlı futbolçunun Premyer Liqanın III turunda "Everton"la matçda zədələnməsi səbəb olub.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Maykl Kerrik 2:2 hesabı ilə başa çatan görüşdən sonra Reşfordun 70-ci dəqiqədə əvəzlənməsinin onun fiziki vəziyyəti ilə bağlı olduğunu bildirib:
"Bəli, o özündə müəyyən narahatlıq hiss etdi. Həmin ana qədər meydanda çox yaxşı təsir bağışladı. Həftə ərzində də dediyim kimi, qayıtdıqdan sonra çox yaxşı çıxış edir. "Everton"la matçda da onun çox sürətli və təhlükəli olduğunu gördük. Düzdür, son anda istədiyi epizodlar tam olaraq alınmadı. Buna baxmayaraq, çox yaxşı imkanlar əldə etdi və bütün oyun ərzində rəqib üçün təhlükə yaratdı".
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" qarşılaşması sentyabrın 10-da "Old Trafford" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
