"Fənərbağça" klubu Markus Reşforddan növbəti dəfə rədd cavabı eşidib.
Oxu.Az xəbər verir ki, transfer pəncərəsinin son günlərində klubun atdığı bu addım da uğursuzluqla nəticələnib.
Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə əldə etdikdən sonra heyətini tanınmış sima ilə gücləndirməyi hədəfləyən Türkiyə təmsilçisi ingilis futbolçunu heyətinə qatmaq üçün böyük səy göstərib. Buna baxmayaraq, Reşford "Old Trafford"da qalmağa üstünlük verib.
"Mançester Yunayted"in hücumçusu Markus Reşford "Fənərbağça"nın marağına mənfi reaksiya verərək, peşəkar karyerasını yenidən İngiltərə klubunda davam etdirmək qərarına gəlib.
