“Sabah” FK Cavid Tağıyevlə yollarını ayırıb.
Klubun rəsmi saytı xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Millimizdə iki oyun keçirmiş 28 yaşlı yarımmüdafiəçi ötən il “Sabah”la iki illik müqavilə bağlamışdı.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının II turuna hazırlıqları davam etdirən “Sabah” sentyabrın 5-də yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda həmin gün saat 19:00-da “Sumqayıt”la “Bank Respublika Arena”da qarşılaşacaq.