"Sabah" Namik Ələskərovla yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə futbol komandası özü məlumat paylaşıb.
Bildirilib ki, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Namik Ələskərov 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışırdı.
O, komanda heyətində 83 oyun keçirib, 7 qol vurub.
Həmçinin Namik "Sabah"da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.