"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" klubuna qarşı keçiriləcək cavab matçına satılan bilet sayı açıqlanıb.
Oxu.Az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, bu saatadək 3 000 bilet satılıb.
Qeyd edək ki, "Bank Respublika Arena"da baş tutacaq "Sabah" - "Petrokub" matçının start fiti iyulun 31-də saat 20:00-da səsləndiriləcək.