Rusiya Premyer Liqasında çıxış edən “Krasnodar” klubunun keçmiş baş məşqçisi Murad Musayev “Sabah”ın sükanı arxasına keçəcək.
Yayılan xəbərlərə görə, ötən cümə mütəxəssislə Azərbaycan klubunun nümayəndələri arasında görüş keçirilib və Musayev komandanın təlim-məşq bazasını ziyarət edib. Yaxın günlərdə tərəflər arasında razılaşmanın imzalanacağı gözlənilir.
Qeyd edək ki, Murad Musayev ötən mövsüm Rusiya Premyer Liqasının XXIV turunda “Krasnodar”ın öz meydanında “Axmat”a (Qroznı) 0:5 hesablı məğlubiyyətindən sonra vəzifəsindən istefa verib.
Mənbə: championat.com