"Sabah" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Selye" ilə oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Oxu.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas siyahıya 23 futbolçunun adını daxil edib:
Qapıçılar: Nicat Mehbalıyev, Rüstəm Samiqullin və Stas Pokatilov;
Müdafiəçilər: Amin Seydiyev, Stiv Solvet, Rəhman Daşdəmirov, Boyan Letiç, Tellur Mütəllimov, İqor Noqeyra, Andrey Santos və Akim Zedadka;
Yarımmüdafiəçilər: Zinədin Uld Xaled, Abdulax Xaybulaev, Ayaz Quliyev, Anatoli Nuriyev, Kahim Parris, İvan Lepiniça, Umarali Raxmonaliyev və Xəyal Əliyev;
Hücumçular: Pavol Safranko, Coy Lens Mikels, Cesse Sekidika və Neqoş Kupusoviç.
Qeyd edək ki, "Sabah"la "Selye" arasındakı ilk oyun iyulun 10-da Bakıda, cavab görüşü isə bir həftə sonra Sloveniyada baş tutacaq.
Anar Həsənov