"İnter" klubunun ulduz futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray" klubundan illik 11 milyon avro maaş tələb edib.
Oxu.Az "FotoMaç"a istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar hələ də davam edir.
"İnter" klubu "Qalatasaray"ın futbolçusu üçün lazım olan təzminatını ödəyəcəyi təqdirdə transferinə icazə verəcəyini bildirib.
Qeyd edək ki, Hakan Çalhanoğlunun "İnter"dəki hazırkı gəliri vergiləri çıxdıqdan sonra illik yeddi milyon avrodur.