Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Sabah”a rusiyalı baş məşqçini Balaş Qasımov dəvət edib
“Sabah”ın adının mənası növbəti gün, gələcək deməkdir və klub “Bridge company” şirkətlər qrupuna aiddir".
“Report” xəbər verir ki, bunu “Sabah” klubunun baş məşqçisi Murad Musayev “Match TV”yə geniş müsahibəsində deyib.
39 yaşlı mütəxəssis paytaxt təmsilçisinin sükanı arxasına keçməklə bağlı ilk dəvəti İctimai Televiziyanın baş direktoru Balaş Qasımovdan aldığını bildirib: “Bir neçə dəfə “Zoom” proqramı vasitəsilə söhbətimiz oldu. Sonra komandanın oyunlarından birini izləmək üçün Bakıya uçdum. “Sabah”ın prezidenti Maqsud Adıgezyalov və baş direktoru Ramin Həsənovla tanış oldum. Amma ilk dəvət tanınmış ekspert Balaş Qasımovdan gəlib”.
Rusiyalı baş məşqçi Qasımovla əvvəllər heç bir tanışlığının olmadığını söyləyib: “Zəng etdi, “Krasnodar”a həmişə rəğbət bəslədiyini dedi. Daha sonra “Sabah” kimi bir layihənin mənə maraqlı olub-olmamasını dəqiqləşdirdi. Görünür, klub prezidenti ilə dostdur və bu komandaya azarkeşlik edir. Bir az fikirləşdim, amma eyni zamanda “Sabah”ın harada oynadığını və məşq etdiyini gördüm, şəhərə göz gəzdirdim. Və sonda razılıq verdim. Düzünü desəm, Qasımov mənim cavabıma xeyli təsir göstərdi. Məni “Nə? Harada? Nə zaman?” intellektual oyunları ilə bağlı həm Bakıya, həm də Moskvaya dəvət etdi. Hələ vaxtım olmayıb. Amma yaxın vaxtlarda təklifə məmnuniyyətlə cavab verəcəyəm”.
Qeyd edək ki, ötən ilin oktyabrından “Sabah”a başçılıq edən Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb.