Milli Basketbol Assosiyasiyasının (MBA) sabiq oyunçusu Kermit Vaşinqton ABŞ hökümətindən koronavirus səbəbindən onu həbsxanadan azadlığa buraxılmasını tələb edib.
TMZ xəbər verir ki, “Los-Anceles Leykers” klubunun şərəfini qorumuş idmançı koronavirusdan ölmək istəmədiyini bildirib.
“Mən ev dustağı olmaq istəyirəm. Bu xəstəliyə yoluxmaqdan qorxuram”, – deyə Kermit Vaşinqton qeyd edib.
Sabiq basketbolçu saxtakarlıq səbəbindən altı il müddətinə azadlıqdan məhrum edilib.