ABŞ-ın Seynt Luis şəhərində keçirilən Sinkfild Kuboku superturnirinin VI turu keçirilib.
Oxu.Az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu turda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib.
Amerikalı şahmatçı Fabiano Karuana Sergey Karyakinə qalib gəldiyindən dörd xalla vahid liderə çevrilib. Şəhriyar isə II yerə enib. O, 3,5 xalla Aleksandr Qrişuk, Maqnus Karlsen və Levon Aronyanla bərabər bu pilləni bölüşür.
Qeyd edək ki, VII turda Şəhriyar Məmmədyarov yaxın dostu olan, autsayder Sergey Karyakinlə qarşılaşacaq.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər