Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Şahmat klubu" ən uzunömürlü idman verilişi kimi Ginnesin Rekordlar Kitabına düşüb
Azərbaycan Dövlət Telviziyasında (AzTV) Azərbaycan şahmatının canlı əfsanəsi, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun "Şahmat klubu" verilişinin ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşməsi ilə bağlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, "Guinness World Records"un rəsmisi Şeyda Subaşı bütün məlumatların hərtərəfli nəzərdən keçirildiyini, rekord üçün tələb olunan meyarlara cavab verdiyini təsdiqləyib və "Ginnesin Rekordlar Kitabının" diplomunu Faiq Həsənova təqdim edib.
Gənclər və idman naziri Fərid Qayıbov, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov beynəlxalq dərəcəli hakimin şahmat sahəsində xidmətlərindən danışıb, gənc şahmatçılar nəslinin yetişdirilməsində onun rolunu xüsusi vurğulayıblar.
Rəsmi hissədən sonra F.Həsənovun həyat və fəaliyyətinə həsr olunmuş "Fiqurların hakimi" filmi nümayiş etdirilib.
"Şahmat klubu" verilişi 1969-cu il martın 27-dən Azərbaycan Televiziyasında yayımlanır.
Qeyd edək ki, Faiq Həsənov ötən ay şahmat üzrə ən uzun müddət fəaliyyət göstərən kişi hakim olaraq rekord müəllifi kimi xüsusi diploma layiq görülüb.
"Fərid Qayıbov" teqi üzrə xəbərlər
- Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi keçirilib
- Fərid Qayıbov: "Cənub zonasında boks ənənələri var"
- Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçildi
- Fərid Qayıbov: "Dünya çempionatı kimi böyük turnirin Azərbaycanda keçirilməsi gözəl addımdır"
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ