Şahmat XIX Asiya Oyunlarının proqramına daxil edilib.
Oxu.Az xəbər verir ki, Asiya Olimpiya Şurasının (AOŞ) Tailandın paytaxtı Banqkokda keçirdiyi iclasında bu barədə qərar çıxarılıb.
Belə ki, 10-25 sentyabrda Çinin Hanqjou şəhərində keçiriləcək Asiya Oyunlarının idman proqramında ilk dəfə şahmat da olacaq. AOŞ prezidenti Şeyx Əhməd əl-Fəhəd Əl-Sabah FIDE prezidenti Arkadi Dvorkoviçə bu barədə rəsmi məktub göndərib.
Qeyd edək ki, şahmatın Yay Olimpiya Oyunlarına daxil edilməsi məsələsi də son vaxtlar gündəmdədir.
Səbuhi MUSAYEV