Polşanın paytaxtı Varşavada komandalararası Avropa çempionatı başa çatıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 9-cu turda Azərbaycan millisi Ermənistan yığmasının şahmatçıları ilə qarşılaşıblar.
Gərgin mübarizədə bütün lövhələrdə heç-heçə qeydə alınıb - 2:2.
Bu, nəticə komandamız üçün sərfəli olub. İkinci masada oynayan Fransa yığması Rusiya kollektivinə uduzduğundan (2,5:1,5) yığmamız birinciliyini möhkəmləndirib.
Ümumi hesabda 14 xal toplayan Azərbaycan millisi tarixində 2-ci dəfə komandalararası Avropa çempionu olub.
Azərbaycan- Ermənistan - 2:2
Şəhriyar Məmmədyarov - Levon Aronyan 0,5:0,5
Teymur Rəcəbov - Sergey Movsesyan 0,5:0,5
Rauf Məmmədov - Vladimir Akopyan 0,5:0,5