Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məmmədəliyevin şərəfini qoruduğu “Adana Dəmirspor” “Sivasspor”u qəbul edib. Qolkiperin meydanda olduğu matçda komandası darmadağına imza atıb - 4:1. Hazırda Adana klubu 39 xalla 8-cı sıradadır.
“Beşiktaş” isə gözlənilmədən doğma meydanda uduzub. “Qara qartallar” “Antalyaspor”a 1:2 hesabı ilə məğlub olublar. Qeyd edək ki, bu nəticədən sonra İstanbul klubu 46 xalla 4-cü, Antalya təmsilçisi isə 41 xalla 7-cidir.
Rəylər