Məşhur kolumbiyalı müğənni Şakira hamilədir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, İspaniya millisinin üzvü Jerar Pike ilə evli olan müğənni ikinci övladını dünyaya gətirəcək.
Onun 3 aylıq hamilə olduğu bildirilir.
Qeyd edək ki, cütlüyün Milan adlı bir oğlu var.