Türkiyə millisinin və "Borussiya Dortmund"un futbolçusu Salih Özcan karyerasını "Beşiktaş"da davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün axşam saatlarında İstanbula gələcək.
Qeyd edək ki, təcrübəli oyunçu ötən mövsüm "Borussiya"nın heyətində 26 matçda meydana çıxıb.
Qaynar xətt:
(055) 224 12 12