Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Şamaxı" dəyəri 150 min dollar olan yamaykalı hücumçunu transfer etmək istəyir
"Şamaxı"nın hücum xəttini gücləndirmək üçün transfer etmək istədiyi yamaykalı futbolçu Kollin Anderson klubun "Sabah"la görüşünü tribunadan izləyib.
Oxu.Az xəbər verir ki, bölgə təmsilçisi son klubu "Erbil" (İraq) olan K.Andersonla razılaşıb. Yamaykalı hücumçu tibbi müayinədən keçdikdən sonra müddəti mövsümün sonuna kimi olan müqavilə imzalayacaq.
Anderson dünən "Sabah"la Premyer Liqa matçını tribunada Leroy Mikels və Coy Lens Mikels qardaşları ilə birlikdə izləyib.
Bu mövsüm İraq çempionatında 12 oyunda üç qol vuran Kollin Yamayka millisində də iki oyuna çıxıb. "Transfermarkt"da dəyəri 150 min avro olan futbolçu bu ilin yanvarından azad agentdir.
"Futbol transfer xəbərləri" teqi üzrə xəbərlər
- Türkiyə nəhənglərindən olan klub baş məşqçi postuna Arda Turanı gətirmək niyyətindədir
- "Real Madrid"in Kilian Mbappeyə ödədiyi məbləğ bəlli olub
- "Kəpəz" heyətini Keniya millisinin müdafiəçisi ilə gücləndirir
- "Barselona" heyətini "Real Madrid"in futbolçusu ilə gücləndirmək istəyir
- "Beşiktaş" azarkeşlərinə BƏD XƏBƏR - Çiro İmmobile klubu tərk edir