Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Şamaxı" futbolçusu ilə müqavilə müddətini uzadıb
"Şamaxı" qapıçısı Rikardo Fernandeslə müqavilə müddətini artırıb.
Oxu.Az xəbər verir ki, portuqaliyalı qolkiper daha 2 il bölgə təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Rikardo bu mövsüm Premyer Liqada 28 oyunun hamısında meydanda olub və 8 matçda qapısını toxunulmaz saxlayıb.
O, mövsümün əvvəlində "Şamaxı"ya transfer edilib.
"Rikardo Fernandes" teqi üzrə xəbərlər
Ən çox oxunanlar