Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Uşaq poliklinikasında borc qalmaqalı: Vətəndaşa arayış verilmədi
Paytaxt sakini Leyla Abbasova məktəb üçün tələb olunan arayışı almaq istəyərkən gözlənilməz problemlə üzləşib.
Oxu.Az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, L.Abbasova 16 saylı uşaq poliklinikasına müraciət edib, lakin ona arayış verilməyib. Bunun səbəbi olaraq, poliklinikada ona 545 manat borcunun olduğu bildirilib. Abbasovanın sözlərinə görə, borc artıq 1 ildən çoxdur sistemdə qeyd edilsə də, ona bu barədə heç bir məlumat verilməyib.
Şikayətçi heç bir özəl klinikada müalicə almadığı halda, dövlət xəstəxanasında adına yazılmış bu borcun necə yarandığını anlamadığını qeyd edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Bakıdakı sıxlığın qarşısı necə alınmalıdır?
- Neftçala sakini: "Belə getsə, insan qalmayacaq"
- Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI
- Gilas bağlarında acınacaqlı durum: Qubalı fermerlər çıxılmaz halda
- Ekoloji fəlakətin kandarından keçmək: Ağdaşın hər küçəsində təhlükəli vəziyyət yaranıb