Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Samir Abbasov: "Qalan 30 faiz şansımızdan yapışacağıq"
"Həddindən artıq problemlərimiz var, amma biz qələbəyə köklənəcəyik"
Oxu.Az xəbər verir ki, bu sözləri "Sumqayıt" klubun baş məşqçisi Samir Abbasov oyun sonrası mətbuat konfransında deyib.
"Biz oyuna daha yaxşı başlayan tərəf olsaq da, qırmızı vərəqə matçın gedişatına çox təsir etdi. Komandada problemlər çoxdur amma səfərdən qələbə ilə dönmək barədə düşünəcəyik. Cavab matçında rəqibin 70 faiz üstünlüyü olacaq. Biz qalan 30 faiz şansımızdan yapışacağıq. Bu görüşlər bizim üçün yaxşı təcrübə oldu. Qırmızı vərəqə olmasaydı, hesab tam fərqli ola bilərdi. Çünki biz komanda olaraq çox yaxşı oyun nümayiş etdirdik".
Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.
Anar Həsənov