"Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur".
Oxu.Az xəbər verir ki, bunu turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov açılış mərasimində çıxışı zamanı bildirib.
O, tədbir iştirakçılarını salamlayaraq yarışda mübarizə aparan komandalara uğurlar arzulayıb.
"Bu tarixi anda - ilk dəfə təşkil olunan U-15 dünya çempionatında Təşkilat Komitəsi adından hamınızı salamlayıram. Bakıya, Azərbaycana xoş gəlmisiniz!
Azərbaycan 189 ölkənin milli komandalarını bir araya gətirən bu möhtəşəm tədbirə ev sahibliyi etməkdən qürur duyur. Dünyanın, demək olar ki, hər yerindən gələn yeniyetmə futbolçular dünya çempionatında öz ölkələrini təmsil etmək kimi böyük şərəfə nail olublar", - deyə Samir Şərifov qeyd edib.