Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Santyaqo Ximenes UEFA Çempionlar Liqasında ilkə imza atıb
"Milan"ın hücumçusu Santyaqo Ximenes UEFA Çempionlar Liqasında mövsüm ərzində həm komandanın heyətində, həm də həmin komandanın qapısına qol vuran ilk futbolçu olub.
Oxu.Az xəbər verir ki, mövsümə "Feyenord"da başlayan meksikalı bu klubun heyətində Çempionlar Liqasında 5 qol vurub.
Qış transfer pəncərəsində "Milan"a keçən 23 yaşlı forvard turnirin pley-off mərhələsinin cavab matçında (1:1) keçmiş komandasının qapısından top keçirib.
Qeyd edək ki, Ximenes "Milan"ın heyətində keçirdiyi 5 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
"AC Milan" teqi üzrə xəbərlər
Ən çox oxunanlar