Ermənistan prezidenti Serj Sarkisyanın əmri ilə ölkənin müstəqilliyinin 24 illiyi münasibətilə elm, təhsil, idman, incəsənət, səhiyyə, iqtisadiyyat xadimləri, ordu və təhlükəsizlik xidmətlərinin nümayəndələri ali dövlət mükafatı, fəxri və ali adlara layiq görülüblər.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi sentyabrın 21-də prezident iqamətgahında baş tutub.
Tədbirdə yunan-roma üslubu üzrə güləşçilər, ikiqat dünya çempionu Artur Aleksanyan və Bakıda keçirilən Avropa Oyunlarının vitse-çempionu Miqran Arutünyan da iştirak edib və mükafat alıblar.
Xatırladaq ki, Miqran Arutünyan 66 kq çəki kateqoriyasında çıxış edirdi. Finalda o, rusiyalı Artem Surkova məğlub olub.
F.H.
www.oxu.az