"Növbəti mövsüm daha yaxşı nəticələr uğrunda çıxış edəcəyik".
Oxu.Az xəbər verir ki, bunu "Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliç mətbuat konfransında bildirib.
O qeyd edib ki, "Sumqayıt" nümayəndələri ilə Belqradda görüşləri olub:
"Daha sonra birillik müqavilə bağladıq. Azərbaycan futbolu barədə bəzi məlumatları burada oynayan futbolçulardan almışam. Xüsusən də serbiyalı və monteneqrolu oyunçulardan. Azərbaycan futbolu haqqında məlumatlarım var. Növbəti mövsüm avrokuboklara vəsiqə əldə etmək üçün çıxış edəcəyik".
Qeyd edək ki, "Sumqayıt" ötən gün S.İliçlə birillik müqavilə bağlayıb.

Anar Həsənov