“Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsində 1 356 nəfərdən ibarət işçi qüvvəsi çalışır, onların 68 faizini azərbaycanlılar təşkil edir. Ümumilikdə isə burada 43 millətin nümayəndələri çalışır.
Oxu.Az xəbər verir ki, bunu “Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Avropa Olimpiya Komitələrinin (AOK) Koordinasiya Komissiyasının sayca 5-ci və sonuncu iclasına həsr olunmuş mətbuat konfransında deyib.
Baş direktor Saymon Kleq bildirib ki, “Bakı-2015” Avropa Oyunlarını işıqlandırmaq üçün 43-ü Avropa ölkələri ilə olmaqla, 63 yayım sazişi imzalanıb.
“Hər gün minimum 5,1 saat canlı yayım olacaq. Biz Avropadan kənar 75 ölkə ilə də razılıq əldə etmişik ki, yarışlar göstərilsin. Avropa Oyunlarının startına 126 gün qalıb. Görüləsi işlər də var və çalışacağıq ki, hər şey yüksək səviyyədə olsun”.
Elvin Əhmədov
www.oxu.az