“Səbail” klubu növbəti transferini rəsmiləşdirib.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, Ayub Timbe Masika ilə anlaşıb.
Premyer Liqa klubu keniyalı hücumçu ilə 1,5 illik müqavilə bağlayıb. O, son dəfə “Nanjinq Siti”nin (Çin) formasını geyinib.
Qeyd edək ki, 32 yaşlı hücumçu karyerası ərzində “Genk”, “Lyers”, “Ridinq” və “Buriram Yunayted” kimi klublarda çıxış edib. Keniya yığmasının heyətində 24 oyunda dörd qol vurub.
Xatırladaq ki, məşhur ispan yarımmüdafiəçisi Andres İniesta 2018-2023-cü illərdə, Ayub Timbe Masika isə 2021-ci ildə “Vissel Kobe”də çıxış edib.
