Ümid Məmmədzadə qaydasız döyüş üzrə çempion olmayıb.
Bu barədə Oxu.Az-a MMA üzrə dünya və Avropa çempionu, Azərbaycan Fight klubunun prezidenti, MMA idman növləri üzrə MMA Vitse-Prezidenti, Beynəlxalq CEFC liqasının vitse-prezidenti Şəhriyar Abbasov məlumat verib.
O qeyd edib ki, MMA üzrə dünya çempionatı noyabrın 18-22-də Moldovada keçirilib və həmin yarışda Ümid Məmmədzadə adlı şəxs iştirak etməyib.
“Azərbaycan MMA üzrə yığma komandasında Ümid Məmmədzadə adlı döyüşçü yoxdur. O yarışın MMA heç bir aidiyyatı yoxdur. Mən ümumiyyətlə o şəxsi yarışlardan kənarlaşdırmışam. Onlar yanlışılağa yol veriblər”.

E.Ə.
www.oxu.az