Rusiya Futbol İttifaqı ölkənin 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Dmitriy Xomuxanı məşqçi heyəti ilə birlikdə istefaya göndərib.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS RFİ-nin prezidenti Vitaliy Mutkoya istinadən xəbər verir.
“Komandanın göstərdiyi nəticələr bizi qane etmədi. Burada mənim də günahım var, baş məşqçini mən tövsiyə etmişdim. Biz Leonid Sluçkidən yığmaya bundan sonra kimin başçılıq edəcəyi haqda fikirləşməyi xahiş etmişik”, - Mutko bildirib.
İstefanın səbəbi komandanın Avro-2017-nin seçmə mərhələsində uğursuz başlanğıcı olub. Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığması (U21) ilk dörd oyundan üçündə, o cümlədən, Azərbaycan yığmasına böyük hesabla - 3:0 - məğlub olub.