Hollandiyanın Veyk-an-Zee şəhərində Tata Steel Masters şahmat turnirinin 5-ci turunun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu turda İngiltərə təmsilçisi Maykl Adamsla qarşılaşıb.
Ağ fiqurlarla oynayan həmyerlimiz turnirdə ilk qələbəsini qazanıb.
4 turdan sonra Məmmədyarovun 2,5 xalı var. O, 14 iştirakçı arasında 9-cu yerdə qərarlaşıb. Turnir cədvəlinə 3,5 xalla amerikalı Fabiano Karuana başçılıq edir.
Turnir 13 turdan ibarətdir və yanvarın 31-də başa çatacaq.
F.H.
www.oxu.az