Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şəhriyar Məmmədyarov “sponsor yağışı”na tutuldu
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun qalmaqallı statusundan sonra ona sponsorlar tərəfindən çoxlu sayda müraciətlər ünvanlanıb.
Oxu.Az -ın xəbərinə görə, bu barədə ATV-nin jurnalisti Sənan Şəfizadə öz “Facebook” səhifəsində yazıb.
“İki bank, qida sektorunu təmsil edən bir şirkət, bir hotel onunla sponsorluq müqaviləsi imzalamağa hazırdır. Menecerinə yönəltmişik, yəqin, nəticəsi müsbət olacaq. Bir şirkət üç il müddətinə onun şəxsi saytını pulsuz idarə etmək, eləcə də, dizaynını yeniləməyi təklif etdi. Təkliflər az deyil. Sadəcə, çox istərdim ki, Şəhriyarın sponsoru dünya brend şirkətlərindən biri olsun”, - S.Şəfizadə qeyd edib.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər